Müdafiə naziri: Hərbi paradda yeni dağıdıcı silahlar nümayiş etdiriləcək - TƏFƏRRÜAT - VİDEO

20.06.2018 20:52

Hərbiçilərə döyüş tapşırığı verilir, müzakirə aparılır və onlar şərti düşmənin mövqeylərini ələ keçirmək üçün əməliyyat keçirirlər. Peşəkar snayperlər isə hədəfləri dəqiqlikə məhv edirlər.

Xezerxeber.az-ın məlumatına görə, görüntülər bu gün keçirilən səhra məşğələlərindəndir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun da izlədiyi təlimlərdə kursantlar döyüş bacarıqlarını nümayiş etdiriblər.

Daha sonra keçirilən məbuat konfransda müdafiə naziri Zakir Həsənov Azərbaycan Ordusunun Naxçıvanda keçirilən uğurlu əməliyyatı barədə məlumat verib və artıq Laçına gedən yolun ordumuzun nəzarətində olduğunu açıqlayıb.

Zakir Həsənov bir neçə gün sonra Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibəti keçiriləcək hərbi paradda bəzi silahların nümayiş etdirilməyəcəyini bildirib. General-polkovinkin sözlərinə görə, paradda əsasən yeni silahlar nümayiş etdiriləcək.

Müdafiə naziri, Orduda islahatların sürətlə davam etdirilyini , o cümlədən ən müasir dağıdıcı silahların alındığını bildirib. Onun sözlərinə görə, daşınan zenit- raket komplekslərinin hədəf məsafəsi 5-6 km. olduğu halda, silahlanmaya cəlb edilən yeni helikopterlərlə, hətta 30 km. məsafədən hədəfi məhv etmək mümkündür. Bu isə helikopterin özünün vurulma riskini minimuma endirir. Zakir Həsənov Ordumuzun peşəkarlıq səviyyəsini yüksəltmək üçün müqaviləli işçilərin sayının da artırıldığını bildirib.

Hərbiçilərin sosial şəraitinin yaxşılaşdırılması da dövlətin diqqət mərkəzindədir. Müdafiə naziri bildirib ki, Silahlı Qüvvələrin 100 illiyi ərəfəsində 20 ildən çox xidmət göstərən 500 hərbiçiyə şəxsi mənzillər veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






674 dəfə oxunub

XƏBƏRLƏR

23.07.2018 14:36

Lavrov İsrailə gedir

ÇOX OXUNANLAR