Metroda dava: İctimai yerlərdə münasibətlər necə tənzimlənməlidir? - VİDEO

19.06.2018 20:14

Bakı metrosunda geyim üstündə başlayan mübahisə dava ilə sona çatıb. Gənc qızın geyimini bəyənməyən cavan oğlan ona öz iradını bildirib. Başqa bir qadının da işə qarışması mübahisəni daha da alovlandırıb. Nalayiq ifadələrin işləndiyi video sosial şəbəkələrdə geniş yayılaraq, qınaq obyektinə çevrilib.

Xezerxeber.az-ın məlumatına görə, getdikcə qızışan mübahisəyə orta yaşlı bir xanımın da qoşulması məsələni daha da qəlizləşdirib. Əsəblərini cilovlaya bilməyən tərəflər ictimai nəqliyyatda olduqlarını unudub, nalayiq ifadələrlə bir-birilərini təhqir ediblər.

Bəs, ictimai yerlərdə insanların bir-birinə qarşı normal münasibətini necə tənzimləmək olar?

Bu cür hadisələrin səbəbkarları dəfələrlə televiziya ekranlarında işıqlandırılaraq, qınaq obyektinə çevrilsə də, görünür, heç bir təsiri yoxdur. Yenə də insanlar cəmiyyət içərisində bir-birini təhqir edir, fiziki təsir göstərərərək, əl qaldırırlar.

Sosioloq Rəşad Əsgərov deyir ki, bu cür halların qarşısını almaq üçün yeganə vasitə inzibati cərimələrin tətbiq olunmasıdır.

Sosioloq deyir ki, insanların cəmiyyətdə bir-birinə qarşı kobud münasibətinin qarşısını yalnız bu yol ilə tam aradan qaldırmaq olar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






1058 dəfə oxunub

XƏBƏRLƏR

23.07.2018 14:36

Lavrov İsrailə gedir

ÇOX OXUNANLAR