Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Qurban Qurbanov: “Ən çətin və gözlənilməz rəqib düşdü”

19.06.2018 16:34

"Çox çətin rəqiblə qarşılaşacağıq”. Apasport.az saytının məlumatına görə, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun feysbuk səhifəsinə açıqlamasında Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.
Q.Qurbanov bildirib ki, Sloveniya çempionu "Olimpiya”nı güclü rəqib hesab edir: "Belə rəqiblə qarşılaşmaya pley-off matçı kimi meydana çıxacağıq. Artıq bu gündən rəqibi analiz etməyə başlayacağıq ki, oyuna qədər maksimum hazır olaq. Əlimizdən gələni etməyə çalışacağıq. Bizə ən çətin və gözlənilməz rəqib düşdü”.
Qeyd edək ki, ilk oyun iyulun 10-11-də Lyublyanada, cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.

© xezerxeber.az


344 dəfə oxunub

ÇOX OXUNANLAR