ABŞ nümayəndə heyəti Şimali Koreyaya gəldi

28.05.2018 11:36

ABŞ nümayəndə heyəti ölkə prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında keçiriləcək görüşün hazırlanması üçün Şimali Koreyaya gəlib.

Trend-in verdiyi məlumata görə, sammitə hazırlığa ABŞ tərəfindən 2005-ci ildə Şimali Koreyanın denuklearizasiya danışıqlarında iştirak edən ABŞ-ın Cənubi Koreyada sabiq səfiri Son Kim rəhbərlik edir.

Sabiq səfirdən əlavə nümayəndə heyətində milli təhlükəsizlik şurasının üzvü və Cənubi Koreya və Şimali Koreya məsələləri üzrə mütəxəssis Elison Xuker və Şərqi Asiya məsələləri üzrə ABŞ müdafiə nazirinin köməkçisiRendall Şrayver yer alıblar.

ABŞ nümayəndələrinin Şimali Koreya rəsmiləri ilə danışıqları mayın 28-29-u davam edəcək.

© xezerxeber.az


279 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR