İrandan ƏKS HƏMLƏ – Tehran kritik tarixi açıqladı

25.05.2018 13:01

İran 2015-ci ildə imzalanan nüvə sazişi ilə əlaqədar qərarının bir neçə həftə ərzində verəcək.

XəzərXəbər "Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda yüksək vəzifəli iranlı səlahiyyətli bildirib.

Daha əvvəl isə İranın ali dini lideri Əli Xamenei ABŞ-ın dövlət katibi Maykl Pompeonun İrana qarşı irəli sürdüyü 12 şərtə cavab olaraq öz şərtlərini açıqlayıb. Bunlar nüvə sazişindən çıxaraq BMT Təhlükəsizlik Şurasının 2231 saylı qərarını pozan ABŞ-a qarşı yeni bir qərarın qəbulu, İranın neft ixracı və Avropa bankları ilə əlaqələri mövzusunda zəmanətin verilməsidir. Xamenei Avropanın bu şərtləri yerinə yetirməyəcəyi halda, İranın nüvə fəaliyyətinə yenidən başlama haqqının olduğunu bildirib.

Xatırladaq ki, Mayk Pompeo mayın 21-də ABŞ-ın İran üzrə strategiyasını açıqlayıb və İrana qarşı 12 şərt irəli sürüb.

© xezerxeber.az


440 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR