Boşanmaq istəyənləri barışdıran vəkil - Xeyirxah əməli ilə tanınan vəkilin öz metodları var - VİDEO

22.05.2018 21:00

Tovuzlu vəkilin peşəsi ilə bağlı göstərdiyi xidmətlər həm də bir xeyirxahlıq nümunəsidir. Hüquqşünas Mətləb Abbasov ondan boşanmaları üçün hüquqi yardım istəyən ailələrə nəinki köməklik edir, hətta onları barışdıraraq yola salır. Belə ailələrin sayı olduqca çoxdur. Etdiyi diqqətəlayiq işlərə görə isə müştərilərindən heç bir xidməthaqqı qəbul etmir.

Xezerxeber.az-ın məlumatına görə, ona boşanma ərizəsi ilə müraciət edən ailələrin əksəriyyəti barışıqla geri dönürlər. Tovuzlu vəkil nümunəvi iş prinsipi ilə diqqət çəkir. 7 ildir hüquq sahəsində çalışan Mətləb Abbasov ondan boşanmaları üçün köməklik istəyən ailələrə fərqli yollar göstərir. Nəticədə tərəflər ayrılmaqdan vaz keçib, yenidən barışır, nikahlarını davam etdirirlər. Belə müştərilərindən vəkil heç bir xidmət haqqı qəbul etmir və bunu insanlıq borcu kimi dəyərləndirir.

Vəkilin belə ailələrə qarşı öz metodları var. O, tərəflərə psixoloq kimi yanaşır, fərdi söhbətlər edir, ailə dəyərlərini əsas gətirməklə onları barışığa dəvət edir. Bu xeyirxah əməli həyata keçirmək üçün hüquqşünas bəzən bir neçə ay vaxt sərf etməli olur.

Mətləb Abbasova təkcə ötən ilin oktyabrından indiyədək 100 belə müraciət olunub ki, həmin ailələrin əksəriyyəti barışıqla evlərinə qayıdıb. Belə ailələrin çoxu isə gənc cütlüklərdir.

Vəkil bu proseslərdə təəccüb doğuran boşanma səbəbləri ilə də rastlaşır. Bəzi hallarda ər və arvad yox, onların valideynləri gənclərin boşanmaları üçün müraciət edirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






1011 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR