Yeniyetmə məhkumlar heykəltəraşlıq edir - Onların əl işləri beynəlxalq sərgiyə çıxarılacaq - VİDEO

22.05.2018 20:50

Penitensiar Xidmətin tərbiyyə müəssisəsinin emalatxanasında 6 aydan çoxdur ki, yeniyetmələrə heykəltəraşlıq dərsləri öyrədilir.

Xezerxeber.az-ın məlumatına görə, yaşından, törətdiyi əməldən asılı olmayaraq hər kəs bu emalatxanadan istifadə edir və öz düşüncələrini heykəllərin üzərinə köçürür.

Rəssamlıq Akademiyasının və Pentenisar Xidmətin birgə fəaliyyəti nəticəsində yaranan dərnəkdə həftədə iki dəfə heykəltəraşlıq dərsləri keçirilir. Nəticədə isə ortaya maraqlı əl işləri çıxır.

Heykəltaraşlıq dərsi verən Elxan Zeynalov deyir ki, yeniyetmələrin bu işə marağı çox böyükdür. İşlərinə olan həvəs onların yaradıcılığında da özünü göstərir.

Hazırlanan əl işləri heç də ancaq bu emalataxnada qalmayacaq.

Ədliyyə Nazirliyinin məhkumların əməyinin təşkili şöbəsinin inspektoru Natəvan Tahirovanın sözlərinə görə, əl işləri beynəlxalq sərgiyə çıxarılacaq.

Natəvan Tahirova, həmçinin qeyd edib ki, hazırlanan heykəllərin satışa çıxarılması da nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






986 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR