Sumqayıtda lombard sahibi vətəndaşların qızıllarını qaytarmır - ŞİKAYƏT - VİDEO

20.05.2018 20:50

Sumqayıtda 45-dən çox müştəri lombarda qoyduqları qızıllarını geri ala bilmirlər.

Xezerxeber.az-ın məlumatına görə, onlar pul müqabilində lombarda qoyduqları qızlları geri almaqda çətinliklə üzləşiblər. Vətəndaşlar Zaur Məmmədov adlı lombard sahibinin dələduzluğu ilə qarşılaşdıqlarını iddia edirlər.

Şikayətçilər deyir ki, bir neçə ay əvvəl Sumqayıtda fəaliyyət göstərən lombard vətəndaşların qızllarını aşağı faizlə alaraq onlara külli miqdarda ziyan vurub. Ayrı-ayrı vətəndaşların qızıllarını bu yolla ələ keçirən lombardın sahibi Zaur Məmmdov bir müddətdir ki, işlədiyi ofisi bağlayaraq yoxa çıxıb. Vətəndaşların iddiasına görə, onlardan qızılı alıb, pulu verən Zaur Məmmdovla əlaqə saxlamaq olmur.

Onun bu əməli sayəsində vətəndaşlara ümumilikdə 150 min manata yaxın ziyan dəyib.

Biz də "Xəzər Xəbər" olaraq həmin şəxslə əlaqə saxlamağa çalışdıq. Telefonuna zəng çatmadığı üçün Zaur Məmmədovdan məsələyə münasibət öyrənə bilmədik. Zərçəkmiş şəxslər artıq hüquq-mühafizə orqanlarına da müraciət etdiklərini bildirir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






1603 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR