Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Bakıda 100-ə yaxın sakin qəzalı vəziyyətdə olan evlərdən köçürüldü - VİDEO

26.04.2018 20:41

Bakıda 100-ə yaxın sakin qəzalı vəziyyətdə olan yaşayış evlərindən köçürüldü. Onlara yeni tikilən binadan mənzillər veriləcək.

Xezerxeber.az-ın məlumatına görə, paytaxtın Xətai rayonu, Nobel porospektində, Zığ yolunun kənarında olan 2-3 mərtəbəli qəzalı vəziyyətdə olan bir neçə yaşayış binası sökülüb. Pilot layihəyə uyğun olaraq sakinlərlə razılığa gəlinib və onlar həmin evlərdən köçürülüblər. Sökülən binaların yerində müasir görkəmli yeni, 16 mərtəbəli yaşayış binası tikilir.

Tikinti şirkətinin nümayyəndəsi Ramin Sadıqovun sözlərinə görə, köçürülən sakinlər 18 ay müddətinə kirayə mənzillərə yerləşdirilib. Artıq tikilməkdə olan binada işlərin müəyyən hissəsi görülüb. Yaşayış binasının gələn il sakinlərin ixtiyarına verilməsi planlaşdırlır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






925 dəfə oxunub

ÇOX OXUNANLAR