Prezident İlham Əliyev Türkiyəyə rəsmi səfər edib - VİDEO

24.04.2018 21:00

Prezident İlham Əliyev Türkiyəyə rəsmi səfər edib.

Xezerxeber.az-ın məlumatına görə, Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Ankaranın "Esenboğa" hava limanında prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülub.

Dövlət başçısını Türkiyə Baş nazirinin müavini Fikri İşık və digər yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar. Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib.

Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb.

Dövlət başçısı səfəri çərçivəsində Ankaradakı Heydər Əliyev Parkında ulu öndərin abidəsini ziyarət edib.

Prezident ümummilli lider Heydər Əliyevin parkda ucaldılan abidəsi önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib.

Bu istirahət məkanındakı şərait - mərasim meydanı, idman meydançası, uşaq əyləncə sahəsi bütün yaş qrupundan olan şəhər sakinlərinin öz zövqünə uyğun istirahət etmələri üçün imkanlar yaradır. Hazırda parkın ərazisində inşa edilən "Buta" Azərbaycanı Təbliğ Evinin tikintisi yekunlaşmaq üzrədir.

Bu arada, Türkiyə prezidentinin igamətgahında dövlət başçıları birgə şam ediblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






534 dəfə oxunub

ÇOX OXUNANLAR