Erməni artistlər fəxri adlardan imtına edirlər - Sarkisyana etiraz

22.04.2018 20:13

Ermənistanda artistlər onlara dövlət tərəfindən verilən fəxri adlardan imtına edirlər.

Trend-in erməni KİV-lərinə istinadən verdiyi məlumata əsasən, "Kadans" musiqili teatrının təsisçisi və icraçı direktoru Nika Babayan "Ermənistanın əməkdar mədəniyyət xadimi" fəxri adından imtına edib.

"Hakimiyyətinin özbaşınalığı üzündən, ölkənin vətənpərvərlərinin saxlanılmasına etiraz olaraq "Ermənistanın əməkdar mədəniyyət xadimi" adını daşımağa daha özüm üçün mümkün hesab etmirəm", deyə Babayan özünün "Facebook" səhifəsində yazıb.

Aktyor Mkrtiç Arzumanyan "Ermənistanın xalq artisti" fəxri adından imtına edib. Bu barədə o, özünün "Instagram" səhifəsində yazıb.

Həmçinin, ölkənin mügənnisi Erna Yüzbaşyan özünün "Facebook" sosial şəbəkəsindəki səhifəsində bildirib ki, "Ermənistanın əməkdar artisti" fəxri adından imtına edir: "Hesab edirəm ki, ölkəmin xoşbəxtliyi və çiçəklənməsi bütün medal və mükafatlardan vacibdir".

© xezerxeber.az


422 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR