Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Atlar örüşdən oğurlandı - Cəlilabad və Göygöldə - VİDEO

22.04.2018 20:45

Cəlilabadda sakinlərə məxsus atlar örüş sahəsindən oğurlanıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Cəlilabadın Maşlıq kəndində baş verib. Kənd sakini Rəcəb Məhərrəmov axşam saatlarında təsərrüfatında olan atı örüş sahəsində bağlayıb. Səhər isə məlum olub ki, naməlum şəxs və ya şəxslər atı otladığı yerdən açaraq oğurlayıblar.

Bənzər hadisə kənd sakini Əziz Nəcəfovun da başına gəlib. Onun da atı həmin gün eyni üsulla oğurlanıb.

Göygöldə də 1 həftə əvvəl oğurlanmış 4 at hələ tapılmayıb. Əslən Kəlbəcərdən olan məcburi köçkün Ziyəddin Əliyev Göygöl rayonu ərazisindəki yarımçıq tikilidə məskunaşıb. Elə həmin yerdə saxladığı 2 at və qonşunun da 2 atı aprelin 15-dən 16-na keçən gecə oğurlanıb.

Heyvan sahibinin qardaşı deyir ki, son zamanlar rayonda at oğurluğunun artması bəzi şübhələr yaradır.

Bütün faktlarla bağlı polisə məlumat verilib. Hadisəni törədənlərin tapılması istiqamətində araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






652 dəfə oxunub

ÇOX OXUNANLAR