Mülkiyyətində olan ərazidə yeni yol çəkiləcək Sahibkar problemdən çıxış yolu axtarır - VİDEO

20.04.2018 20:56

Paytaxtın Binəqədi rayonunda bina tikmək istəyən sahibkarın istəyi yarımçıq qala bilər. Məsələ ondadır ki, onun bina tikmək üçün bütün icazə sənədləri var. Binanın tikiləcəyi torpaq da sahibkarın mülkiyyətindədir. Amma sonradan ona məlumat verilib ki, mülkiyyətində olan ərazidən yol çəkiləcək. İndi onu bir sual düşündürür ki, qanuni sənədləri olan halda bu vəziyyət necə yarana bilər ?

Paytaxtın Binəqədi rayonu Süleyman Sani Axundov 17C ünvanında yaşayış binası tikmək istəyən sahibkar Bəhram Babayev qəribə vəziyyətlə üzləşib.

Lazımi bütün sənədləri əldə edən sahibkara yaxınlıqda bina tikintisi ilə məşğul olan digər şirkətdən bildiriblər ki, onun mülkiyyətində olan ərazidə yeni yol çəkiləcək.

Bu xəbər Bəhram Babayevin narazılığına səbəb olub. O, iddia edir ki, mülkiyyətində olan ərazidən yolun çəkilməsi məntiqsiz və qanunsuzdur

Bəhram Babayev deyir ki, yol çəkilişi bina tikintisini xeyli ləngidir. İndi sahibkar problemdən çıxış yolu axtarır.

Bəhram Babayevin ittiham etdiyi Akif Nəbiyev adlı şəxslə də əlaqə saxladıq. O, Xəzər Xəbər-ə açıqlamasında deyib ki, məsələ ilə bağlı mübahisəli vəziyyət davam edərsə, o, həmin ərazidə yol çəkməkdən imtina edəcək.


© xezerxeber.az

FOTOQALERIYA






374 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR