Manatın ucuzlaşması üçün heç bir əsas yoxdur - - Ziyad Səmədzadə "XəzərXəbər"ə açıqladı - VİDEO

20.04.2018 20:57

Büdcəyə yenidən baxıla və neftin qiyməti daha yüksək qiymətdən hesablana bilər. Bunu "XəzərXəbər”ə müsahibəsində Milli Məclisin komitə sədri Ziyad Səmədzadə deyib. O, manatla bağlı meydana gələn şaiyələrə də münasibət bildirib.

Neftin qiyməti dünya bazarında 70 dollardan yuxarıdır, büdcədə isə neftin bir bareli 45 dollardan hesablanıb. Buna görə 2018-ci ilin dövlət büdcəsinə yenidən baxıla bilər. Bunu Xəzər Xəbərə müsahibəsində Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib...

Ziyad Səmədzadə manatın ucuzlaşması ilə bağlı şayiələrə də münasibət bildirib. Parlamentin komitə sədri manatın ucuzlaşması üçün heç bir səbəbin olmadığını vurğulayıb.

Ziyad Səmədzadə ölkədə həyata keçirilən iqtisadi islahatlar nəticəsində Azərbaycanın regionda böyük iqtisadi gücə çevrildiyinə diqqət çəkib.

Parlamentin komitə sədri 15 il ərzində Azərbaycanın əldə etdiyi iqtisadi uğurların bundan sonra da davam edəcəyini bildirib.


© xezerxeber.az

FOTOQALERIYA






583 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR