"Neftçi"nin Dmitri Nazarov PLANI

19.04.2018 15:28

"Neftçi" yeni mövsümün planlarını cızır. Kubokda yarımfinal mərhələsində mübarizəni dayandıran, ölkə çempionatında avrokuboklara vəsiqə qazanmaq üçün çalışan Bakı klubunun heyətinə qatmaq istədiyi daha bir futbolçunun adına aydınlıq gəlib. Almaniyanın "Aue" komandasında çıxış edən milli komandamızın üzvü Dmitri Nazarov "ağ-qaralar"ın radarına düşüb.

28 yaşlı yarımmüdafiəçi yay transfer pəncərəsində klubunu dəyişə bilər. Nazarovona gələn təklifləri dəyərləndirmək fikrindədir. Əvvəlki açıqlamalarında Azərbaycandan təklif alacağı halda düşünəcəyini bildirən Nazarov üçün "Neftçi" hərəkətə keçib. Növbəti mövsüm iddialı komanda qurmağı planlaşdıran paytaxt təmsilçisinin transfer siyahısında Dimanın adı öndə gəlir.

Dmitri Nazarova Almaniyanın II Bundesliqasında çıxış edən klublardan da maraq var. Lakin "Neftçi"nin sərfəli təklifi yarımmüdafiəçinin fikrini dəyişdirə bilər.

Xatırladaq ki, Dmitri Nazarov 2016-cı ildən "Aue"də çıxış edir.

© xezerxeber.az


131 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR