Türkiyə müxalifəti prezident seçkiləri üçün namizədini açıqladı

19.04.2018 15:09

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) erkən prezident seçkiləri üçün öz namizədini açıqlayıb.

Trend-in məlumatına görə, bu vəzifəyə namizəd olaraq partiya sədri Kamal Kılıçdaroğlunun namizədliyi irəli sürülüb.

Onun namizədliyini partiya üzvlərinin 85 faizinin dəstəklədiyi bildirilir.

Xatırladaq ki, ötən gün Türkiyədə erkən prezident və parlament seçkilərinin tarixi bir il əvvələ alınaraq 2018-ci il iyunun 24-ü elan olunmuşdu.

© xezerxeber.az


245 dəfə oxunub

ÇOX OXUNANLAR