Azərbaycan prezidenti ata Buşa başsağlığı məktubu göndərib

19.04.2018 14:57

Prezident İlham Əliyev ABŞ-ın 41-ci prezidenti Corc Herbert Uoker Buşa başsağlığı məktubu göndərib.

Xezerxeber.az-ın məlumatına görə, məktubda deyilir: "Zati-aliləri,
Həyat yoldaşınız, xanım Barbara Buşun vəfatı xəbəri məni son dərəcə kədərləndirdi.
Bu ağır anlarda dərdinizi bölüşür, əvəzsiz itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm".

© xezerxeber.az

FOTOQALERIYA






100 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR