Gəlin yaşayan qəhrəmanımızı birlikdə tanıyaq - Söhbət Yaşar Ağayevdən gedir - VİDEO

19.03.2018 20:58

Göstərdiyi böyük şücaəti ilə bir çoxlarına örnək olub. Söhbət aprel döyüşlərində qəhrəmancasına döyüşən və baş nahiyyəsindən aldığı ağır yara ilə uzun müddətdir müalicə alan Yaşar Ağayevdən gedir. Gəlin yaşayan qəhrəmanımızı birlikdə tanıyaq.

Yüzlərlə əsgər kimi o da döyüşlərdə qəhrəmancasına öz şücaətini göstərib. Aprel döyüşlərində Goranboyun Talış kəndi istiqamətində gedən döyüşlərdə baş nahiyyəsindən güllə yarası alıb.

Yaşar Ağayev xaricdə uzunmüddətli müalicələrdən sonra vətənə qayıdıb. Yaşarın sözlərinə görə, müalicəsinin ilkin mərhələsi paytaxtda aparılıb.

Bundan sonra isə Yaşarın müalicə və reabilitasiyası yenə davam edib. Baş nahiyyəsinə xüsusi aparat yerləşdirilib.

Hazırda vəziyyəti yaxşı olan Yaşarın arzusu ayağa qalxıb yenidən döyüş bölgəsinə qayıtmaqdır.

Yaşarın evinə qayıtması isə İsmayıllı rayonunda izdihamla qarşılanıb. Qəhrəmanın qayıtdığını eşidən rayon sakinləri onu görmək üçün evini ziyarət edirlər. Gələnlər arasında məktəb şagirdləri və Cəmşid Naxçıvanskı adına hərbi liseyin kursantı da var. Novruz bayramı ilə əlaqədar məktəblilər Yaşar üçün hazırladıqları bədii kompozisiyanı təqdim ediblər.


© xezerxeber.az

FOTOQALERIYA






461 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR