YENİLİK: Nobel prospektində hərəkət dəyişir - VİDEO

18.03.2018 20:59

Paytaxtda intensivliyin ən yüksək olduğu yollardan biri Nobel prospektidir. Nargilə dairəsi kimi tanınan hissədə bir neçə yol kəsişməsi və geriyədönmə var. Belə şəbəkə bəzən həmin hissədə sıxlıq yaradır. Xüsusilə geriyədönmə zamanı əksər sürücülər digər hissələrdə hərəkət edən avtomobillərin qarşısına çıxırlar. Problemi aradan qaldırmaq üçün yaxın günlərdə Nargilə dairəsindəki geriyədönmə müvəqqəti olaraq ləğv ediləcək.

Xətai rayonu Nobel prospektində xüsusilə Nargilə dairəsi kimi tanına ərazidə yol hərəkətinin təşkilində dəyişiklik olacaq. Belə ki, axşam saatlarında tıxac yaradan geriyə dönmə ilə bağlı yenilik edilir.

Sözügedən dairədəki yollardan biri sürücülərə həm ukrayna dairəsinə, həm də şəhərin mərkəzinə geriyə dönməni əmr edir. Amma hərəkətin intensiv olduğu saatlarda əksər sürücülər geriyədönmə işarəsinin tələblərini pozduğuna görə böyük sıxlıq yaranır.

Sürücülər geriyədönmənin Nargilə dairəsində ləğv edilməsinin tərəfdarıdırlar.

Avtomobil yolları dövlət agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin verdiyi məlumata görə Nargilə dairəsindəki geriyedönmə yaxın günlərdə müvəqqəti olaraq ləğv ediləcək. Məqsəd piyada keçidi yaxınlığındakı yeni geriyədönmənin effektiv olub olmamasını yoxlamaqdır. Əgər dəyişikliyin faydası olmasa həmin ərazidə tıxacı azaltmaq üçün başqa həll yolları düşünüləcək.


© xezerxeber.az

FOTOQALERIYA






779 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR