Bakıətrafı qəsəbələrə elektrik qatarları işləyəcək - AÇIQLAMA - VİDEO

24.02.2018 19:25

Paytaxtda və Bakıətrafı qəsəbələrdə 25-ə yaxın köhnə stansiya bərpa ediləcək.

Xezerxeber.az-ın məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib. Artıq işlərə başlanılıb və dəmir yolu xətləri yenilənir. Əsas xətlərdən biri Novxanıdan keçməklə Bakıdan Sumqayıta qədərdir. Digəri Bakıətrtafı qəsəbələr və şəhər daxilində olacaq.

Onun sözlərinə görə, ikinci bir yol Dübəndiyə qədər gedəcək. Yeni xətlərdə elektrik qatarları işləyəcək. Qatarların sürəti isə 160 kilomterə qədərdir.

Cavid Qurbanov deyib ki, bu işlərin görülməsi üçün büdəcədən 3 milyard manata yaxın vəsaitin ayrılması nəzərdə tutulub.

O, "Şimal-Cənub" nəqliyyat dəhlizindəki son vəziyyətdən də danışarq bildirib ki, bu dəhlizlə yük daşımaq üçün maraq böyükdür. Çünki həm bu xətt Avropaya yaxındır, həm də daşıma qiymətləri aşağıdır.

Hazırda Çindən əlavə yüklərin cəlb edilməsi istiqamətində danışıqlar aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






599 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR