Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

De Xea ÇL-də ən yaxşı seçildi

23.02.2018 18:01

UEFA Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusu adı açıqlanıb.

Bu həftənin ən yaxşısı adına 4 namizəd var idi. Bunlar David de Xea ("Mançester Yunayted"), Fred ("Şaxtyor", Donetsk), Villian ("Çelsi") və Tomas Müller idi ("Bavariya").

Həftənin ən yaxşı futbolçusunun adı UEFA-nın rəsmi saytında keçirilən sorğuda müəyyənləşib. Daha çox səs toplayan De Xea birinci olub. O, səslərin 48 faizini toplayıb.

İkinci yeri 28 faiz səslə Villian tutub. Müller üçüncü (17 faiz səs), Fred isə (7 faiz) sonuncu olub.

© xezerxeber.az


356 dəfə oxunub

ÇOX OXUNANLAR