Yüksəkixtisaslı həkimlərin rayonlara ezam olunmasına başlanılıb

23.02.2018 14:24

Səhiyyə nazirinin müavini Nigar Əliyeva "Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi üçün mütəxəssislərin ezamiyyəti haqqında” sərəncam imzalayıb.

Bu barədə xezerxeber.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Sərəncama əsasən, Səhiyyə Nazirliyinin 30.01.2018-ci il tarixli sərəncamının icrası ilə əlaqədar bölgələrdə əhalinin tibbi müayinələrdən keçirilməsini təmin etmək məqsədi ilə yüksəkixtisaslı mütəxəssislər regionlara ezam olunurlar.
Ezam edilənlər arasında Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin, Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin, Respublika Perinatal Mərkəzinin, Kliniki Tibbi Mərkəzin, Respublika Endokrinoloji Mərkəzin, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun, Doğum evlərinin, Qadın Məsləhətxanalarının və digər tibb müəssisələrinin mütəxəssisləri var.
Yüksəkixtisaslı həkim briqadaları artıq regionlarda əhaliyə xidmət etməyə başlayıb.
Səhiyyə Nazirliyi əhaliyə müraciət edərək yaşayış ərazisi üzrə tibb müəssisəsinə vaxtında müraciət edərək profilaktik tibbi müayinədən keçməyə çağırır.

© xezerxeber.az


169 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR