Azərbaycanda yeni medal təsis edilib

23.02.2018 14:03

Azərbaycanda avtomobil yolları ilə bağlı medal təsis edilib.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, "Azərbaycan avtomobil yolları 100 il (1918-2018)" medalı təsis olunub.

Layihə səsverməyə çıxarılaraq qəbul olunub.

© xezerxeber.az


437 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR