Bakı
9 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Bina tikintisi üçün tələblər dəyişdi - VİDEO

22.02.2018 21:00

Pilot layihə çərçivəsində köhnələri sökülüb yenilənən binaları tikərkən artıq icra hakimiyyətləri bu məsələni Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmayacaq.

Xezerxeber.az-ın məlumatına görə, bu dəyişiklik Nazirlər Kabinetinin "Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" qərarına edilən dəyişiklikdə əksini tapıb.

Belə ki, binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırma sənədlərinə uyğunluğunun və hazırlanan layihələrin memarlıq hissələrinə rəy verilməsi icra hakimiyyətlərinin səlahiyyətlərində olacaq.

Ekspertlər bildirir ki, bu dəyişiklik inşaat sektorunda sahibkarların bu sahəyə daha çox maraq göstərməsinə səbəb olacaq.

Mütəxəsislər qeyd edir ki, pilot layihə çərçivəsində inşa olunan binalar eyni zamanda mənzillərin çıxarış məsələsi və kommunal xidmətlərin normal təmin olunması üçün də böyük əhəmiyyətə malikdir.

Yeni qaydaların tətbiqindən öncə tikintinin memarlıq hissələri barədə rəylərin verilməsi barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müraciət aldıqdan sonra 1 həftə ərzində ona rəy verirdi. Dəyişikliyə əsasən bu tələb də ləğv edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






565 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR