"Arsenal"da ciddi itki: Özil oynamayacaq

22.02.2018 14:42

"Arsenal" Avropa Liqası 1/16 final mərhələsinin cavab matçları çərçivəsində "Ostersunds"u qəbul edəcək.

London təmsilçisi bu qarşılaşmaya ciddi itki ilə çıxacaq. Belə ki, "topçular"ın yarımmüdafiəçisi Məsut Özil xəstəliyi səbəbindən İsveç klubuna qarşı oynamayacaq. Arsen Venger Almaniya millisinin üzvünün durumu haqda məlumat verib:

"Məsul Özil xəstəliyi səbəbindən oynamayacaq. Bu gün ilk məşqinə çıxdı. Bazar ertəsi və çərşənbə axşamını xəstəliyinə görə yataqda keçirib".

Qeyd edək ki, "Arsenal" - "Ostersunds" görüşü bu gecə Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq. Bu komandalar arasında İsveçdə keçirilən ilk oyun londonluların 3:0 hesablı qələbəsiylə yekunlaşıb.

© xezerxeber.az


159 dəfə oxunub

ÇOX OXUNANLAR