Bakı
8 C
USD
EUR
1.7001
2.0116
RUB
GBP
0.0290
2.2843
XƏBƏR
ARXİVİ

İran və Ermənistanın Araz çayı ilə bağlı mübahisəsini Avstriya həll edəcək

22.02.2018 14:02

İran və Ermənistan Araz çayı ilə bağlı mübahisənin həllini Avstriyaya həvalə edəcək.
Bunu APA-nın Tehran bürosuna açıqlamasında İranın Ətraf mühitin qorunması və ekologiya təşkilatının sədr müavini Məsud Təcrişi deyib.
M. Təcrişi bildirib ki, tərəflər çaydakı çirkliliyin miqdarını, eləcə də iki ölkənin bu çirklənmədə rolunu müəyyən etmək üçün su nümunələrini üçüncü ölkəyə - Avstriyaya göndərməyə razılaşıb: "Biz Araz çayı ətrafında hər an çirkliliyin miqdarını hesablamaq və yoxlamaq üçün yeni texnologiyalar quraşdırırıq. Yoxlamalar çox dəqiqliklə aparılır. Çayın çirklənməsində Ermənistanın payı və İranın daxili tullantılarının payı müəyyən olunur. Hazırda bu istiqamətdə həm Energetika Nazirliyi, həm də Ətraf mühitin qorunması təşkilatı birgə iş aparır”.

M. Təcrişi Türkiyənin son vaxtlar bəndlər tikməsi və bu tikintilərin İranda toz dumanlarının artmasına səbəb olmasından narahatlığını da bildirib. O qeyd edib ki, ötən həftə İranın Su üzrə Ali Şurası bu məsələni müzakirə edib: "Bu məsələni araşdırırıq”.

© xezerxeber.az


234 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR