Bayram ərəfəsində 500-dək məhkum əfv edilə bilər - VİDEO

21.02.2018 21:00

Hər il bayramqabağı həyata keçirilən əfvin bu il də Novruz bayramına təsadüf edəcəyi gözlənilir.

Xezerxeber.az-ın məlumatına görə, Prezident yanında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirir ki, indiyədək əfvlə bağlı keçirilən iclaslarda yüzlərlə müraciətə baxılıb. Müraciətlərə baxılan zaman əsas 4 amilə xüsusi diqqət edilir.

Əliməmməd Nuriyev onu da qeyd edir ki, əfv olunmaq üçün hər bir məhkum müraciət edə bilər. Ancaq meryarlara uyğun olan məhkumların müraciətinə baxılır.

Ötən il əfv fərmanı 423 nəfərə şamil olunub. Bu il də təxminən bu rəqəmə yaxın şəxsin əfv ediləcəyi gözlənilir. Qeyd edək ki, Azərbaycanın müstəqillik tarixində 63 əfv fərmanı imzalanıb və indiyədək 7000 minə yaxın şəxs azadlığa çıxıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






556 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR