Bakıdan Rusiyaya yeni yolla getmək mümkün olacaq - tikinti başlayıb - VİDEO

20.02.2018 21:00

Bakıdan Rusiya sərhədinə qədər yeni tikiləcək yolla da getmək mümkün olacaq. Bunun üçün artıq tikinti işlərinə başlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayaraq tikiləcək yol sürücülərin işini daha da rahatlaşdıracaq.

Çəkiləcək 119-cu kilometrdən sərhədə doğru 38 kilometr uzunluğunda yeni yolun tikintisi isə davam edir.

Yolun Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayaraq Gəndob yaşayış məntəqəsinə qədər olan hissəsinin 1-ci texniki dərəcəyə uyğun tikilməsi nəzərdə tutulur. Əsas qəsəbə və rayon mərkəzlərindən magistral yola giriş-çıxış yolları çəkiləcək. Layihələndirilən magistral yol əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrindən kənar keçir. Tikiləcək yolda heyvanlar üçün yolaltı keçidlərin tikintisi və səsboğucu qurğuların quraşdırılması da nəzərdə tutulub.

Avtomobil Yolları Dövlət Agentliyinin idarə rəisi Əflatun Qasımovun sözlərinə görə, əgər yolun çəkilişi zamanı layihəyə obyektlər və yaşayış elvəri düşərsə sahibinə qurum tərəfindən kompensasiya ödəniləcək.

Yolun istifadəyə veriləcək tarixi isə hələ ki, bəlli deyil.

Qeyd edək ki, Prezident İlham Əliyev bu yolun tikintisi ilə bağlı sərəncam imzalayıb. Sərəncamın icrası üçün Avtomobil Yolları Dövlət Agentliyinə 150 milyon manat vəsait ayrılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






666 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR