Summativ qiymətləndirmə ləğv edilə bilər - VİDEO

19.02.2018 21:00

Orta məktəblərdə summativ qiymətləndirmə ləğv edilə bilər.

Xezerxeber.az-ın məlumatına görə, məktəblilərin və valideynlərin arzuları reallaşa bilər. 1-ci sinif şagirdləri ücün summativ qiymətləndirmə ümümiyyətlə ləğv edilə, digər siniflərdə isə dəyişikliklər edilə bilər.

Təhsil Nazirliyinin bu addımının məqsədi şagirdlərin dərs və imtahan yükünü azaltmaqdır.

Təhsil Nazirliyinin təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayevin sözlərinə görə, yenilik qiymətləndirmənin daha dəqiq aparılmasına kömək edəcək.

Hazırkı layihəyə görə, gün ərzində 3-dən çox summativ olmamalıdır. Həmçinin, kiçik summativ qiymətləndirilmənin keçirilmə müddətinin 45 dəqiqə olması təklif edilib. Layihə aidiyyəti dövlət qurumlarına təqdim edilib və razılaşdırma mərhələsindədir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






583 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR