Bakı
8 C
USD
EUR
1.7001
2.0116
RUB
GBP
0.0290
2.2843
XƏBƏR
ARXİVİ

Sürüşmə zonasında yaşayan ailələrə kirayə pulu verilir - proses başladı - VİDEO

19.02.2018 20:44

Sürüşmə zonasında yaşayan 67 ailəyə kirayə haqları verilməyə başlayıb.

Xezerxeber.az-ın məlumatına görə,Bayıl yamacında evləri olan sakinlərlə görüş zamanı Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov belə deyib. İcra başçısı bildirib ki, kirayə haqqının məbləği minimum 260 manatdır. Veriləcək məbləğ isə ailə tərkibindən asılı olacaq.

Eldar Əzizov deyib ki, alimlər araşdırma aparandan sonra hansı evin təhlükəli zonada yerləşdiyi məlum olsa, ona kompensasiya veriləcək. Amma hansı ev zonadan kənarda olsa, sakinlər həmin evə geri qayıdacaq.Dağılmış 4 evin sahibinə isə kompensasiya veriləcək.

Icra başçısının sözlərinə görə, təhlükəli zonadakı evlərin 90 faizi 2000-ci illərə qədər tikilib. Həmin məzillərdən yalnız birinin sənədi olub.

Bu arada, dünənki yağıntılar da yamacdakı sürüşmə sahəsinə öz təsirini göstərib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin baş geoloqu Rasim Niftəliyevin sözlərinə görə, yağışlardan sonra kütlənin ağırlığı artıb.

O da bildirlib ki, sürüşməyə meylli kütlənin üzərində yerləşən 106 fərdi yaşayış evinin hamısı üçün təhlükə var.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



© xezerxeber.az

FOTOQALERIYA






356 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR