İlham Əliyev: “Bakı-Tbilisi-Qars dəmir yolu xətti regionun nəqliyyat xəritəsini dəyişdi” - VİDEO

23.01.2018 21:00

"Bakı-Tbilisi-Qars'' dəmir yolu xətti regionun nəqliyyat xəritəsini dəyişdi. Bu, hazırda Çindən Avropaya kimi ən qısa yoldur. Əvvəl olduğu kimi 30-35 gün əvəzinə hazırda bu yola iki həftə sərf olunur".

Xezerxeber.az-ın məlumatına görə, bu fikirləri prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Strateji perspektivlər: Avrasiya" adlı panel müzakirələrində deyib.

Dövlət başçısı Azərbaycanın regional nəqliyyat mərkəzinə çevrildiyini bildirib.

Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqının bəzi ölkələrinin neft təminatçısı olduğunu da vurğulayıb.

Dövlət başçısı Azərbaycanın özünü əsl müstəqil ölkə kimi təsdiq etdiyini və torpaqlarının 20 faizini işğal edən Ermənistandan başqa bütün qonşuları ilə yaxşı münasibətləri olduğunu bildirib.

Prezident həmçinin bildirib ki, Azərbaycana qarşı media azadlıgı ilə baglı tənqidlərin əsası yoxdur.

"Dünya İqtisadi Forumunun açıqlamasına görə, Azərbaycanının iqtisadi rəqabətliliyə görə 35-ci yerdə qərarlaşıb və bu bir daha nümayiş etdirir ki, bizim ölkə azaddır"-deyə prezident bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az


497 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR