Nəqliyyat müffəttişləri avtobusları saxladı, sərnişinləri yolda qoydu - VİDEO

23.01.2018 20:50

Fatmayi bağlarından Bakıya gələn avtobuslar Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin müffəttişləri tərəfindən saxlanılaraq sərnişinləri yolda düşürdülüb. Bəzi avtobuslar duracağa yerləşdirilib.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Abşeron rayonu, Fatmayi bağlarından başlayaraq Bakı dairəvi yolunda yerləşən ticarət mərkəzinə və əks istiqamətdə sərnişin daşıyan 134 nömrəli avtobuslardan gedir. Həmin avtobuslar bu gün Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt regional şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. İçərisindəki sərnişinlər düşürdülərək avtobuslar dayanacağa yerləşdirilib.

134 nömrəli xəttin müvəqqəti istismarçısı Qurbanəli İsmayılov bildirdi ki, bu xəttə heç bir qanunsuzluğa yol verilməyib. Avtobusların marşrutu Bakı Nəqliyyat Agentliyinin sərəncamı əsasında dəyişdirilib.

Dövlət a Atomobil Nəqliyyatı Xidmətinin Sumqayıt regional şöbəsinin rəisi Əhməd Rüstəmov isə bildirdi ki, həmin avtobusların hərəkət sxemi onların nəzarətində olan yoldan keçir. Bu səbəbdən sərnişinlər avtobusdan düşürülüb.

Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, istənilən avtobusun hərəkət sistemi müəyyənləşdirilərkən zəruri olan bütün hallar nəzərə alınır. O cümlədən, 134 nömrəli avtobusunda yeni hərəkət sxemi müəyyən edilərkən bütün hallar nəzərə alınıb. Yəni həmin avtobusların keçdiyi yollar bütünlüklə Bakı şəhər inzibatı ərazisinə aiddir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az


545 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR