Mövsümi müxalifətin cılız savaşı: virtual "seçki" oyuncağında ifşa olundular - VİDEO

23.01.2018 20:38

Mövsümi müxalifət bu dəfə olmayan auditoriyanın davasına çıxaraq bir-birlərini ifşa etdi.

Xezerxeber.az-ın məlumatına görə, söhbət AXCP və REAL-çıların bir-birlərini, hətta təhqir etməsi səviyyəsinə düşən çəkişməsindən gedir.

Seçkilərdə heç nəyə nail ola bilməyən müxaliflər indi virtual dünyada yaratdıqları seki oyuncağında özlərini ifşa etməklə məşğuldu. Hər şey özlərinin internedə yaratdığı bir sorğunun ətrafında baş verir. "Sabah Azərbaycanda Prezident seçkisi keçirilərsə, hazırkı iqtidara alternativ ola biləcək namizədlərdən prezident kürsüsündə hansını daha çox görmək istəyərdiniz?" başlıqla keçirilən sorğuda İlqar Məmmədovla Əli Kərimlini yarışdırırlar. Ortaya isə tragikomik bir mənzərə çıxb. Belə ki, hər iki tərəf sorğunun saxta olması ilə bağlı bir-birini nəinki ittiham edir , hətta səviyyələrinə müvafiq olaraq açıq təhqirə keçiblər.

Özünü müxalifətin alternativsiz namizədi hesab edən Əli Kərimli seçki oyuncağında İlqar Məmmədovdan geri qalmağını heç cür həzm edə bilmir. Elə buna görə də əlindəki yeganə resurusu olan sosial şəbəkələrdəki saxta profillərini- özlərinin təbiri ilə desək, trolları səfərbər edib, düşüb REAL-çıların üstünə. Arqumentləri isə budur ki, bu virtual seçki oyuncağında şərhlərin çoxu Kərimlinin lehinə olduğu halda, faizlərdə İlqar Məmmədovun öndə olması saxtakrlıqdan xəbər verir. Maraqlısı budur ki, REAL-çılar da eyni ittihamları AXCP-üçün səsləndirir. Bildirirlər ki, yazılan şərhlərin əksəriyyəti məhz AXCP trollarının işidir. Oyuncaq seçki o qədər qızışıb ki, hətta dünyasını dəyişmiş adamların belə adından səs veriblər. Bu cılız savaşda tərəflər bir-birini iqtidara işləməkdə ittiham etməyi də yaddan çıxarmayıblar.

Oyuncaq seçki o qədər qızışıb ki, tərəflər açıblar sandığı töküblər pambığı. REAL-çılar AXCP-ni 20 Yanvar günü şəhidlərin anım mərasimindən siyasi şou düzəltməkdə ittiham edib. Məlumdur ki, 20 Yanvar günü Əli Kərimli və Milli Şuraçılar Şəhidlər Xiyabanında əhalinin normal ziyarətinin təmin olunması üçün zıyarətcılərın hissə-hissə xiyabana buraxılmasını onların qarşısının alınması kimi qələmə vermişdilər. Əli Kərimli bunu fürsət bilib, əvvəlcədən hazırladığı bəlağətli çıxışı ilə şou yaratmaq istəmişdi.

Həmin vaxt orada olan REAL-çılar da etiraf edib ki, ziyarətə gələn insanların sayının çoxluğu nəzərə alınaraq polis hərəkəti tənzimləyib. Hər il olduğu kimi insanlar müəyyən müddətə gözləməli olublar. Maksimum 20 dəqiqəlik gözləmə ilə hər bir şəxsin şəhidləri ziyatər etməsi üçün şərait yaradılıb. Görünür, Əli Kərimli öz mitinqlərində heç vaxt görmədiyi qədər insan qarşısında cuşa gəlib. Hətta utanmadan xiyabana ziyarətə gəlmiş insanları da öz tərfdarları kimi təqdim etməkdən çəkinməyib.

Şəhidlərin anım günündə belə siyasi şüarlar səsləndirən bu siyasətciklərin səviyyəsi barədə nə isə demək yəqin ki, artıqdır. Amma onlar öz daxili qırışmalarında belə bunu bir-birlərinin üzünə vurmaqdan çəkinmirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az


557 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR