Bakıda yeni dələduzlar peydə olub - Diqqətli olun! - VİDEO

23.01.2018 20:09

Bakıda yeni dələduzlar peydə olub.

Xezerxeber.az-ın məlumatına görə, onlar telefonla zəng edərək yüksək maaşlı iş təklif edirlər. İşə qəbulun pulsuz olduğunu, sadəcə sənədlərin hazırlanması üçün poçt vasitəsi ilə 100 -150 manat göndərilməsini istəyirlər.

Şikayətçilər iddia edir ki, Bakıda 2 nəfər şəxs, xüsusən də sürücülərə zəng edərək iş təklif edir və dələduzluq yolu ilə pul alırlar.

Dələduzlar seçdikləri qurbanı inandırmaq üçün onunla bir neçə dəfə telefonla danışır, iş barədə məlumat verir və aldadılan şəxsi işə düzəldəcəyinə əmin edirlər.

Şikayətçi Məhərrəm Əliyev deyir ki, o gündən sonra sonra həmin nömrəyə zəng çatmayıb.

Hadisə ilə bağlı polisə müraciət edilib, araşdırma aparılır.

Poçtdan verilən məlumata görə, göndərilən pul Yasamal rayonunda yerləşən 65 saylı poçtdan orta yaşlı bir kişi tərəfindən alınıb. Məhhərrəm Əliyevin sözlərinə görə, hadisdən bir neçə gün sonra onunla bir yerdə işləyən digər şəxslərə də belə zənglər gəlib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az


1397 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR