Vaşinqtondan daha bir ikili standart: Qondarma rejimin "vətəndaşlarına" viza verir - VİDEO

22.01.2018 21:06

ABŞ qondarma Dağlıq Qarabağ respublikasında yaşayan ermənilərə elə bu separatçı rejimin verdiyi sənədlər əsasında viza verir. Belə bir açıqlamanı ABŞ-ın Rusiyadakı səfirliyində işləmiş diplomat verıb. Halbuki Rəsmi Vaşinqton Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir. Üstəlik ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan bu ölkənin belə davranışı həm vasitəçiliyə, həm də beynəlxalq hüquqa ziddir.

2010-2017 ci illərdə Amerikanın Rusiyadakı səfirliyində çalışmış gürcü diplomat Georgi Kbiltetslaşvilinin açıqlamaları Amerikanın Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ikili standartlarla yanaşmasının növbəti dəfə ifşa edib. Belə ki diplomat bildirib ki, ABŞ-ın region ölkələrindəki səfirlikləri qondarma Dağlıq Qarabağ respublikasının vətəndaşlarına elə separatçı rejimin sənədləri əsasında viza verib, onların Birləşmiş Ştatlara gedişini təmin edib. Özü də belə hallar nəyinki ABŞ-ın İrəvandakı səfirliyində eyni zamanda Rusiya və Gürcüstandakı səfirliklərində də dəfələrlə baş verib. Gürcü diplomatın bu fikirləri hər şeyi çılpaqlığı ilə ifadə edir.

"İmmiqrasiya vizaları şöbəsində işlədiyim 7 il ərzində mən konsul zabitlərinin maneəsiz şəkildə Abxaziya və Cənubi Osetiyanın separatçı hökumətləri tərəfindən verilmiş sənədlərin maneəsiz şəkildə və leqal sənədlər kimi tanınmasına dair olduqca çoxlu sayda faktın şahidi oldum. Belə çıxır ki, ABŞ Dövlət Departamenti Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ və Dnestryanı bölgənin separatçı hakimiyyətlərini tanıyır".

Yəni əslində Vaşinqton seprataçı rejimi tanımadığını elan etsə də, onun verdiyi sənədləri leqallaşdırır. Bunun başqa adı yoxdur.

Məlumdur ki, bu ABŞ-ın Azərbaycana və Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ikili standartlarının yeganə nümunəsi deyil. Azərbaycanın razılığı olmadan dəfələrlə bu ölkənin vətəndaşları konqresmen və senatorları Qarabağa səfər ediblər. Bu azmış kimi separatçı rejimin nümayəndələrini Vaşinqtonda qəbul edib müzakirələr aparıblar. Bütün bunlara açıqlama tələb olunanda isə, guya bunların dövlətin siyasi iradəsindən kənarda baş verdiyi və rəsmi mövqeni əks etdirmədiyi bildirilirdi.

Bəs görəsən buna necə izah verəcəklər. Axı səfriliklər bir başa, rəsmi olaraq dövləti təmsil edir.

Özüdə bunu edən Dağlıq Qarabağ münaqişənin həllində əsas vasitəçilik missiyasını üzərinə götürmüş dövlətlərdən biridir. Görünür ABŞ-ın da beynəlxalq hüquq və ədalət anlayışları elə bundan ibarətdir. Abxaziya, Osetiya, Krım məsələlərinə görə Rusiyanı tənqid edən hətta sankisyalar tətbiq edən ABŞ-ın özünün etdiyi nədir? Separatizmin dəstəklənməsi deyilmi?


© xezerxeber.az


190 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR