Bakı
8 C
USD
EUR
1.7001
2.0116
RUB
GBP
0.0290
2.2843
XƏBƏR
ARXİVİ

Bakıda maraqlı hadisə: Gecə saatlarında avtomobilə yaxınlaşır və ... - VİDEO

22.01.2018 20:57

Paytaxtın Bakıxanov qəsəbəsində naməlum şəxs vətəndaşa məxsus avtomobilə zərər yetirib. O maşının şüşələrini və işıqlarını sındırıb. Maraqlısı budur ki, həmin şəxs avtomobildən heç nə görürməyib. Özü də eyni avtomobilə ikinci dəfə zərər yetirib. Onun bu hərəkəti təhlükəsizlik kamerasında qeydə alınıb.

Gecə saatlarında avtomobilə yaxınlaşan şəxs qəfil onun şüşəsini sındırmağa başlayır.

Daha sonra isə əlindəki çəkiclə qabaq faraları və kapotunu döyəcləyir.

Görüntülər paytaxtanı Bakıxanov qəsəbəsi sülh küçəsində təhlükəsizlik kameraları vasitəsi ilə lentə alınıb.

Avtomobilin sahibi samir Həsənov deyir ki,artıq bununla ikinci dəfədi ki,onun maşınına tanımadığı kimsə gecələr gəlib ziyan vurur. İlk dəfə avtomobil əziləndə məhəl qoymasa da, ikinci dəfə kimsə onun avtomibilini təmirdən çıxan kimi yenidən əzib.

Həmin şəxs Avtomobildən heçbir oğurluq etməyib. digər maraqlı məqam ondan ibarətdir ki, həyətdəki maşınlardan yalnız onun maşınına zərər yetirilib. Bu məhz şəxsi ədavət ehtimalını gündəmə gətirsə də avtomobilin sahibi Samir Həsənov deyir ki şübhələndiyi adam yoxdur və heç kimlə ədavəti yoxdur. Həmin şəx bunun qarşısını almaq üçün həyətə kamera da quraşdırıb.

Hazırda avtomobil sahibi maşınını yenidən təmir etdirməyə risq etmir. Samir Həsənovu narahatdır ki, avtomobili təmir etdirdikdən sonra ona yenə ziyan vursunlar. O məsələ ilə bağlı Sabunçu rayon 13-cü polis bölməsinə müraciət edib və video görüntüləri də polisə təqdim edib. Faktla bağlı araşdırma aparılır.


© xezerxeber.az


605 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR