Biri digərini ya öpür, ya da qucaqlayır - Belə videoların toylarda nümayişi düzgündürmü? - VİDEO

22.01.2018 20:59

Son illər toylarda geniş yayılan "love story"lərdən danışmaq istərdik. Yenilik və fərqlilik etmək istəyən bəzi cütlüklər artıq ifrata yol verirlər. Belə ki, sevgi hekayəsi adıyla yayımladıqları videolarda çox açıq səhnələri nümayiş etdirirlər. Halbuki, toyda uşağından tutmuş yaşlısına qədər müxtəlif yaş kateqoryasında olan adamlar var. Apardığımız sorğu da onu göstərir ki, belə videolar insanlar tərəfindən birmənalı qəbul edilmir.

Gah "bovling" oynayırlar, gah maşında gəzirlər gah da şəhərdə görüşürlər. Bura qədər "love Story" maraqlı keçir. Birdən isə romantik şəkildə qucaqlaşmağa başlayırlar.

Başqa bir videoda isə oğlan qızı öpür hətta daha sonra qucağına qaldırır.

Avropada məşhurlaşan "love story" yəni sevgi hekayələri son illər bizdə də toyların əvəzolunmazına çevrilib. Toyun ortasında hər kəsin diqqəti monitolara yönləndirilir və əvvəlcədən hazırlanan video nümayiş olunur. Məsələ burasındadır ki, cütlüklər belə videolarda açıq səhnələrə yol verirlər. Halbuki, toyda gəlinlə-bəyin öz valideynləri ilə yanaşı yetərincə yaşlı insanlar da olur.

Cəmiyyətdə belə videolara münasibət birmənalı deyil. Onlar belə videoların sonradan "Youtube'' video portalına da yükləndiyini bunun isə yeniyetmələrə pis örnək olduğunu bildirirlər.

Müasirləşən cəmiyyətə yenilik gətirmək təqdirəlayiqdir. Fərqlilik axtarışında olan bəzi cütlüklər videoda əndazəsini aşan kadrlardan istifadə etməyə başlayıblar. Belə ki, məhrəm hissləri sevgi hekayəsi adı altında nümayiş etdirməyə başlayıblar.

Sosioloq Rəfael Həsənovun sözlərinə görə belə cütlüklər öz valideynlərini də çıxılmaz vəziyyətdə qoyurlar. Hətta onları nəslin ağsaqqalları yanında utandırırlar. Qınaq obyektinə çevrilmədikləri müddət ərzində isə mental dəyərləri korlamış olurlar.

Rəfael Həsənov sevgi hekayələrinin hazırlanmasını yox, ssenariləri tənqid etdiyini deyir. Kommersiya məqsədilə təklif olunan belə süjet xəttlərindən uzaq durmağı tövsiyyə edir.

© xezerxeber.az


529 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR