Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib - VİDEO

12.12.2017 20:52

Müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, ümummilli lider Heydər Əliyevin 14-cü anım günü keçirilir. Bu gün prezident İlham Əliyev, birinci xanim Mehriban Əliyeva və ailə üzvləri Fəxri Xiyabana gələrək ulu öndərin məzarını ziyarət ediblər. Anım mərasimində dövlət və hökümət rəsmiləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Xezerxeber.az-ın məlumatına görə, ümummilli lider Heydər Əliyev böyük ehtiramla anılır. Səhər saatlarında prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Fəxri Xiyabana gələrək ulu öndərin məzarını ziyarət edib.

Dövlət başçısı ulu öndərin məzarı önünə əklil qoyub. Ardından Dövlət Himni səslənib.

Dövlət başçısı və ailə üzvləri görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.

Anım mərasimində dövlət və hökümət rəsmiləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak edib, ümumilli lider Heydər Əliyevin xatirəsinə öz ehtiramlarını bildiriblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az


305 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR