Avtobusun bu hərəkəti sərnişinləri qorxuya saldı - VİDEO

11.12.2017 20:54

120 saylı marşrut xəttində hərəkət edən avtobus yana əyilərək hərəkət edir.

Xezerxeber.az məlumat verir ki, təhlükəli görüntülər bu gün sərnişinlərdən biri tərəfindən Bayıl qəsəbəsində çəkilib.

Həmin xəttin dispetçeri deyir ki, əyilmə reys vaxtı baş verib və avtobus son dayanacaqdan təmirə göndərilib.

Onun sözlərinə görə, belə hallarda avtobusların xətdən çıxarılaraq təmirə göndərilməsi ilə bağlı sürücülərə tapşırıq verilib.

O, sözügedən avtobusun təmir olunduqdan sonra xəttə buraxılacağını deyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az


562 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR