Bakı
8 C
USD
EUR
1.7001
2.0116
RUB
GBP
0.0290
2.2843
XƏBƏR
ARXİVİ

Azərbaycanda 2500-dən artıq şəxs qanın bədxassəli xəstəliyindən əziyyət çəkir

11.12.2017 15:31

"Azərbaycanda 2500-dən artıq xəstə qanın bədxassəli xəstəliyi diaqnozu ilə qeydiyyatdadır. Onlardan 300-ü uşaqdır".

Bunu B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.
O bildirib ki, leykozların diaqnostikası ilə bağlı bu il aparılan laborator müayinələrin sayı 6 000-dən yuxarı olub: "Bütün bədxassəli şişlərdən ölüm hallarının 6-10%-ni məhz qanın bədxassəli xəstəlikləri təşkil edir. Leykozlar yoluxucu xəstəliklərlə yanaşı, 15 yaşa qədər olan uşaqlar arasında ölümün əsas səbəblərindən biridir".
Direktorun sözlərinə görə, son illər ölkədə hematoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilib, müasir tibbi avadanlıqlarla təchizatı yaxşılaşdırılıb, kadr potensialı gücləndirilib.
Z. Əlimirzəyeva qeyd edib ki, 2017-ci ildə Dövlət Proqramı çərçivəsində yeni immunohistoloji müayinələrin aparılması üçün laboratoriya yaradılıb: "Laboratroriya ən müasir avadanlıq və reaktivlərlə təhciz olunub. İmmunohistokimyəvi müayinələrin köməkliyi ilə qanın bədxassəli xəstəliklərinin tam diferensial diaqnostikası, hədəf terapiyanın monitorinqi və xəstəliyin proqnozu müəyyən edilir. Artıq leykozların diaqnostikası məqsədi ilə xəstələrin başqa ölkələrə getməsinə ehtiyac qalmır". (APA)

© xezerxeber.az


187 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR