Əli Həsənov: “Ermənistandan böyük köç başlayıb”

11.12.2017 15:17

"Artıq ermənilər Azərbaycan dövlətinə, onun siyasətinə uduzurlar”.

Bunu Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Komitə sədri bildirib ki, ermənilərin tikdiyi "Marağa - 150” abidəsi onların bu ərazilərə köç etməsini təsdiqləyir.
"Bütün sənədlər toplanıb və burdadır. Əvvəllər şifahi deyilirdisə, indi bunu sənədlərlə sübuta yetiririk. Artıq onların yaydıqları yalana dünya ictimaiyyəti inanmır. 1828-ci ildə Türkmənçay sülh müqaviləsindən sonra İranın Marağa kəndindən erməni ailələrinin köçürüldüyünü təsdiq edən bir abidədir. Bir zamanlar bütün dünyadan ermənilər Azərbaycan torpaqlarına köçürülürdüsə, indi Ermənistandan böyük köç başlayıb. Çoxlu sayda erməni ailəsi ölkəni tərk edir”, - deyə o əlavə edib. (APA)

© xezerxeber.az


106 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR