Prezident: “Region üçün ən böyük təhlükə Qarabağ münaqişəsidir” - VİDEO

23.11.2017 20:56

Belçika Krallığında işgüzar səfərdə olan Prezident İlham Əliyev NATO-nun mənzil-qərargahında alyansın baş katibi Yens Stoltenberqlə görüşüb.

Görüşdə Azərbaycan ilə NATO arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib. NATO-nun baş katibi ölkəmizin qurumun Kosovo və Əfqanıstandakı sülhməramlı missiyalardakı iştirakını yüksək qiymətləndirdi. O vurğuladı ki, Azərbaycanın Əfqanıstana yardımı genişləndirmək planı bu ölkənin iqtisadi inkişafına töhfəsini verə bilər.

Prezident İlham Əliyev isə NATO ilə əlaqələrimizin genişlənməsindən məmnunluğunu bildirdi. Vurğuladı ki, Azərbaycan Əfqanıstanda sülhməramlı əməliyyatlarda və bu ölkənin iqtisadiyyatının yenidən qurulmasında fəal iştirak edir.

Görüşdə Prezident, NATO-nun baş katibini ölkəmizə səfərə dəvət etdi. Sonra prezident İlham Əliyev və NATO baş katibi mətbuata bəyanatla çıxış ediblər.

Baş katib Cənubi Qafqazda regional təhlükəsizliyi müzakirə etdiklərini bildirib.

Azərbyacan prezidenti də NATO ilə əməkdaşlığın yaxşı bir tarixi olduğunu bildirib.

Prezident İlham Əliyev vurğuladı ki, regional təhlükəsizlik üçün ən böyük təhlükə Ermənistan və Azərbaycan arasında həll olunmamış münaqişədir.

Danışıqlar zamanı həmçinin nəqliyyat təhlükəsizliyi ilə bağlı məsələlər də müzakirə edilib. Prezident Azərbaycanın öz qonşuları ilə birlikdə Bakı-Tbilisi-Qars dəmir yolunun inşasını uğurla tamamladığını bildirib. Bu, asiya və avropa arasında ən qısa yoldur və Əfqanıstana təchizat bu marşrut vasitəsilə daha asan və səmərəli olacaqdır.

Daha sonra Azərbaycan prezidenti İlham Əliyev NATO-nun şimali atlantika şurasının iclasında iştirak edib. Dövlət başçısı Azərbaycan ilə NATO arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirdi. Prezident Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu qeyd edib. "Cənub Qaz Dəhlizi" layihəsindən danışıb, TANAP və TAP layihələrinin uğurla icra edildiyini bildirib və Azərbaycanın uzun illər bundan sonra da Avropanın etibarlı qaz təminatçısına çevriləcəyini deyib. Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb arasında mühüm tranzit qovşağına çevrildiyini vurğulayıb.

Sonda dövlət başçısı NATO-dakı səfirlərin suallarını cavablandırdı.

© xezerxeber.az


108 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR