Qızılgül və qərənfil üçün idxal rüsumu alınacaq

22.11.2017 21:31

2018-ci il yanvarın 1-də qızılgül və qərənfilin 1 kiloqramı üçün 1 dollar gömrük idxal rüsumu tətbiq ediləcək.

XəzərXəbər xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” haqqında qərar təsdiq edib.

Hazırki qərara əsasən qızılgülə gömrük dəyərinin 15 faizi dəyərində idxal rüsumu tətbiq edilir, qərənfil isə gömrük idxal rüsumundan azaddır.

© xezerxeber.az


132 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR