Türkiyə parlamentinin sədri məlum olub

20.11.2017 18:19

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri postuna seçkilər başa çatıb.

Xezerxeber.az-ın məlumatına görə, ilk iki turda namizədlərdən heç biri 2/3, yəni 367 səs toplaya bilməyib. Üçüncü turda 50%+1, yəni minimum 276 səs qazanmaq yetərli olduğu üçün bu turda 289 səs toplayan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, 1940-cı il təvəllüdlü İsmayıl Qəhrəman yenidən TBMM-nin sədri seçilib.
Xatırladaq ki, AKP-nin birinci və ikinci turda iştirak edən ehtiyat namizədi Tamer Dağlı üçüncü turdan əvvəl namizədliyini geri götürüb.

© xezerxeber.az


179 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR