Merkel çətin durumda: Növbədənkənar seçkilər…

20.11.2017 18:18

Almaniyanın Azad Demokratik Partiyası (FDP) Angela Merkelin rəhbəri olduğu partiya və "Yaşıllar"la birgə parlament koalisiyası yaratmağa dair danışıqları tərk edib.

 "Sabah” qəzeti xəbər verir ki, bundan sonra Kansler Angela Merkelin 2 seçimi qalır. Merkel ya Yaşıllar Partiyası ilə birləşməli, ya da növbədənkənar seçkilərə getməlidir.

FDP lideri Kristian Lindler verdiyi açıqlamada Merkelin rəhbərlik etdiyi Xristian Demokratlar Partiyası ilə qarşılıqlı inama dayanan razılaşmanın mümkün olmadığını bildirərək, görüşü tərk etdiklərini açıqlayıb. O, əlavə edib ki, ölkəni idarə etməmək pis idarəçilikdən daha yaxşıdır.

Merkel isə bu vəziyyətdə Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə görüşəcəyini açıqlayıb. Ştaynmayerin ölkəni növbədənkənar seçkiyə aparmaq hüququ var.

Merkel əlavə edib ki, bu vəziyyətdə ölkəni növbəti həftədə çətinliklər gözləyir.

Məlumatlara görə, danışıqlar zamanı partiyalar 3 məsələdə fikir ayrılıqları yaşayıblar. Bunlar miqrasiya, vergi və xarici siyasətdir.

Qeyd edək ki, Almaniyada seçkilər sentyabrın 24-də keçirilib.

© xezerxeber.az


100 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR