Bakıda bahalı avtomobilin üzərinə 16 mərtəbəli binadan GÖRÜN NƏ DÜŞDÜ - VİDEO

20.11.2017 20:59

Bahalı avtomobilini dayancaqda saxladı, gəlib götürdükdə isə maşınının üzərinə tikinti materalı düşdüyünü gördü. Bakıda yaşayış binasının 15-ci mərtəbəsindən iki avtomobilin üzərinə kərpic daş düşüb. Hadisə mənzilin eyvanında təmir işləri aparılarkən baş verib. Nəticədə də, hər iki avtomobilə ciddi ziyan dəyib.

15-ci mərtəbədən dayancaqda dayanan 2 bahalı avtomobilin üzərinə tikinti materialı düşdü.

Hadisə paytaxtın Nəsimi rayonu Məmmədcəfər Cəfərov küçəsi 42-50 ünvanında baş verib.

Nəticədə də hər iki avtomobilə ciddi ziyan dəyib.Hadisə zamanı oradan keçən piyadalar xəsarət almayıb.Yaxınlıqda olan obyektlərədə zərər dəymiyib.''Leksus'' markalı avtomobilin sürücü Azər Fərəcov şifahi olaraq bildirdi ki,yaxınlıqdakı Moskva univermağından çıxıb avtomobilini götürəndə maşının ön hissəsinin əzildiyinin şahidi olub.

Məsələ ilə bağlı ev sahibi ilə əlaqə saxladıq.Mənzilin sahibi Elxan Məmmədov "XəzərXəbər”ə bildirdi ki, evi yeni alıb və eyvanında təmir işləri aparırmış. Hadisə vaxtı isə evdə, ancaq ustalar olub və elə onların səhvi ucbatında da belə bir hadisə baş verib.

Ev sahibi bildirdi ki, mənzildə işləyən ustalar polis tərəfində dindirilib. Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


360 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR