Binadan bahalı avtomobilin üzərinə paltaryuyan maşın atdılar - BAKIDA - FOTO

20.11.2017 09:41

Bakıda binadan avtomobilin üzərinə paltaryuyan maşın atıblar.

Hadisə paytaxrın Nəsimi rayonu ərazisində, "Moskva" Univermağının yaxınlığındakı binanın qarşısında baş verib. Həmin binanın 8 -ci mərtəbəsinin eyvanından atılan paltaryuyan maşın həyətdə dayanan "LEXUS"markalı bahalı avtomobilin üzərinə düşüb. Nəticədə avtomobil yararsız vəziyyətə düşüb.

Hadisə yerinə Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşları gəlib.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. (Trend)

© xezerxeber.az

FOTOQALERIYA






837 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR