Salyanda canavarlar təsərrüfata hücum çəkib - VİDEO

18.11.2017 18:56

Salyanda canavarlar təsərrüfata hücum edərək at balasını parçalayıblar.

Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən gün gecə saatlarında Salyan rayonunun Boranıkənd kəndi ərazisində baş verib. Canavarlar həmin kəndin sakini İsmayıl Hüsynova məxsus mal-qara saxlanılan yatağın yaxınlığında bağlı halda olan atı parçalayaraq məhv edib. Təsərrüfat sahibi isə hadisədən bu gün səhər saatlarında xəbər tutub. Təsərrüfat sahibinin sözlərinə görə, bu ərazilərdə canavar sürüsü xeyli çoxalıb. Odur ki, yırtıcılar tez-tez mal-qaraya hücum çəkirlər. Artıq bununla bağli aidiyyati qurumlara məlumat verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az


215 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR