Çörçillin son fotoşəkli hərracda

24.10.2017 11:29

Uinston Çörçillin sonuncu fotosu hərraca çıxarılıb.
Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, məşhur dövlət xadiminin son fotosu hərracda 50-80 min funt arasında qiymətləndirilib.
Hərraca çıxarılan foto Çörçillin ölümündən bir az əvvəl, 1965-ci ildə çəkilib. Bu foto 50 mindən 80 minə qədər dəyərləndirilib. Lakin bu qiymətin az olduğu düşünülür.
Xatırladaq ki, Çörçillin bundan əvvəlki fotosuna 1,8 milyon dollar verilmişdi.

© xezerxeber.az


99 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR