Sükan arxasında söhbət edənlər cərimələnəcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

20.10.2017 20:56

Bir neçə gündür sürücü Məhərrəm Quliyevin avtomobili idarə edərkən sərnişinlə söhbət etdiyi üçün cərimələnmə xəbərdarlığı alması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, hadisənin paytaxtın Nizami rayonunda baş verdiyi bilidirlir. Sürücünün sosial şəbəkələrdə yazdığı məlumata görə, dostu ilə avtomobildə söhbət etdiyi üçün polis inspektoru tərəfindən saxlanılıb.

Bu vaxt yol polisi əməkdaşı sürücüyə xəbərdarlıq edib ki, sükan arxasında olarkən sərnişinlə diqqəti yayındıra biləcək söhbətlər etməsin. Əks halda həmin sürücünü cərimə gözləyir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, yayılan informasiya düzgün deyil. Burda sürücüdən əvvəl ona mane olan sərnişin cərimə edilir.

''Yol hərəkəti haqqında" qanunun 37-ci maddəsinin 5-ci bəndində qeyd olunur ki, nəqliyyat vasitəsi idarə edilərkən diqqəti yayındıra biləcək söhbətdə iştirak etmək, nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etmək, hərəkət zamanı sükanı əlindən buraxmaq qadağandır. Əgər sürücü bu qaydalara əməl etməsə, qanunla 40 manat cərimələnəcək.

Bu məqamda belə bir sual yaranır ki, hansı söhbətin diqqət yayındırdığı polis tərəfindən necə müəyyən olunacaq?

Bölmə rəisinin sözlərinə görə, bunu yol polisi vizual baxışla asanlıqla müəyyən edə bilir.

Sürücülər sərnişinlərlə adətən uzaq yol çıxarkən söhbət etdiklərini deyirlər. Amma heç vaxt bu məsələyə görə cərimə olunmadıqlarını bilidirdilər.

Hər halda qanunda sürücünün danışmasının diqqət yayındırmasının necə müəyyənləşdirilməsi məsələsinin yol polisinin öhdəliyinə buraxması subyektivlik yaradır və görünən odur ki, bu, daim mübahisə mövzusu olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az


1538 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR